Nizami filial ünvanı: Bakı, Nizami m/s Zərgərpalan
Xankəndi filial ünvanı: Xankəndi şəhəri, mərkəz
TƏHSİL HAMIMIZ ÜÇÜNDÜR
Ödənişsiz Konsultasiya Üçün Elə İndi Müraciət Et
Tez-tez verilən suallar
Parla Academy-də əsasən ingilis dili tədris olunur. Bundan əlavə, rus dili dərslərimiz də mövcuddur. Bəzi fənn dərsləri, xüsusilə riyaziyyat, həm ingilis, həm də rus dillərində tədris edilir.
Uşaqlar üçün dərslər interaktiv, oyun əsaslı və motivasiyaedici şəkildə aparılır. Böyüklər üçün isə real həyat və peşə fəaliyyəti ilə əlaqəli praktik dərs modelləri tətbiq olunur.
Akademiyamızda aşağıdakı beynəlxalq imtahanlara hazırlıq proqramları mövcuddur:
- IELTS (Academic və General)
- TOEFL
- Duolingo English Test
Bəli, korporativ şirkətlər üçün xüsusi hazırlanmış Biznes İngilis dili və peşə yönümlü kommunikasiya dərsləri təklif edirik. Müştərilərimizə banklar, turizm agentlikləri, istehsalat və xidmət sahəsində fəaliyyət göstərən şirkətlər daxildir.
Dərslər adətən 3-4 nəfərlik qruplarda keçirilir. Hər bir tələbə eyni anda həm yerli qrammatika müəllimi, həm də xarici danışıq müəllimi ilə dərs alır.
Qazilər və birinci dərəcəli ailə üzvləri üçün 50% endirim tətbiq olunur. Şəhidlərin birinci dərəcəli ailə üzvləri üçün isə dərslər tamamilə ödənişsizdir.
Bakı filialımız Nizami metrosunun çıxışından cəmi 50 metr məsafədə yerləşir. Ünvan: Zərgərpalan 136, Yasamal rayonu, Bakı. Xankəndi filialımız isə Qarabağ universiteti 2ci korpusunun yaxınlığında yerleşir.
Qeydiyyat üçün bizimlə telefonla, e-mail vasitəsilə və ya birbaşa ofisimizə yaxınlaşaraq əlaqə saxlaya bilərsiniz. Komandamız sizi və ya övladınızı ən uyğun proqramla yönləndirəcək.
Bütün müəllimlərimiz ali təhsilli, yerli və beynəlxalq təlimlərdə iştirak etmiş, peşəkar və motivasiyalı şəxslərdir. Müntəzəm olaraq daxili təlimlər və keyfiyyət nəzarəti həyata keçirilir.