Haqqımızda
Parla Academy Bakı şəhərində yerləşən peşəkar və etibarlı dil və inkişaf mərkəzidir. 2023-cü ildən bəri yüzlərlə tələbəyə, uşaqdan böyüyə, fərdi və korporativ həllər təklif edirik. Məqsədimiz yalnız ingilis dili öyrətmək deyil – həm də düşüncə tərzini dəyişmək, dünya ilə əlaqə qurmağı asanlaşdırmaqdır.
Hər yaş və məqsəd üçün effektiv, rahat və nəticəfokuslu tədris mühiti təqdim etmək.
🛡 Qazilər və şəhid ailələri üçün dərslər tam ödənişsiz təqdim olunur.
Parla Academy Bakı filialında dərslər təcrübəli və peşəkar müəllimlər tərəfindən aparılır. Müəllim heyətimiz həm yerli, həm də xarici təlim keçmiş, sertifikatlı tədrisçilərdən ibarətdir. Tədris sistemimiz daim yenilənərək, beynəlxalq standartlara uyğun şəkildə aparılır.
Haqqımızda – Xankəndi Filialı
Parla Academy Xankəndi şəhərinin mərkəzində yerləşən, müasir və peşəkar təhsil mərkəzidir. 2025-ci ilin mart ayında fəaliyyətə başlayan akademiyamız, bölgədə ilk peşəkar ingilis dili və əlavə təhsil kurslarını təqdim edən lider mərkəzdir.
Xankəndidə keyfiyyətli və bərabər təhsilə çıxışı təmin etmək, sülh və inkişaf yönümlü gənc nəslin formalaşmasına töhfə verməkdir.
Xankəndi şəhəri, mərkəzi dairədən 200 metr məsafədə (İcra Hakimiyyətinin yaxınlığında)
🛡 Qazilər və şəhid ailələri üçün dərslər tam ödənişsizdir.
Parla Academy Xankəndi filialında tədris aparan müəllimlər Qarabağ Universitetinin əməkdaşları, Bakının peşəkar müəllimləri və yerli məktəblərin təcrübəli müəllimləridir. Rəhbərlik və idarəetmə Parla Academy Baku komandası ilə birlikdə həyata keçirilir.
Parla Academy olaraq sizə və övladınıza təhlükəsiz, müasir, vətənpərvər və effektiv təhsil mühiti təqdim edirik.
Copyright © 2025 All Rights Reserved